Azər Türk Bank-ın yeddi xəzinəsi

Uzun illərdir ki, Azər Türk Bank maddi əmanətlərin etibarlı keşikçisi kimi tanınır. Lakin o bununla kifayətlənməyib, ulu əcdadlarımızın bizə miras qoyduğu mənəvi əmanətlərə də sahib çıxmağı, onları tanıtmağı özünə borc bilir.

Bu dəfə Azər Türk Bank Azərbaycanın görkəmli muğam ustalarının səs yazılarından ibarət CD albomu hazırlamaq qərarına gəldi.

Ən vacib məsələlərdən biri isə bu albomun yüksək keyfiyyətdə hazırlanması idi. Elə ona görə də bu məsuliyyət fərqli yanaşmanı və yüksək keyfiyyəti öz iş prinsipinə çevirən YelloAd-a həvalə olundu.

Albomun üz qabığı üçün milli musiqi alətlərimizin təsvir olunduğu illustrasiyalar tanınmış rəssam ŞahAraz tərəfindən hazırlandı. Muğamın nəsillərdən nəsillərə ötürülən dərin xəzinə olduğunu da nəzərə alaraq, albom “Şərqin yeddi xəzinəsi” adlandırıldı.

AzərTürkBank 2017, Print