İncəbelli gözəllik yaradırıq!

Bir nemətdir gözəllik…

Gözəllik həm də, heç kəsin vaz keçə bilmədiyi bir nemətdir.

Hər qadın gözəldir və gözəl görünməyə də layiqdir. Arzuladığı ideal bədən quruluşunu ən sağlam şəkildə əldə etmək hər bir qadının haqqıdır.

“İncəbelli” Arıqlama Mərkəzinin yaradılma qayəsi də məhz budur!

Mərkəz öz unikal konseptini ortaya qoyduqdan sonra onu insanlara ən yaxşı şəkildə çatdırmağın yollarını aradı. Bizim dəstəyimizlə bunu edə biləcəyini düşündü. Agentliyimiz bu fikri insanlara lazımı formada çatdırmaq üçün çalışdı. Nəticədə kreativ agentlik adına yaraşan bir iş ortaya çıxarıldı. Brendin adını və konseptini ifadə edən təkrarsız bir loqo ərsəyə gətirildi. Daha sonra brendin marketinq strategiyası hazırlandı, bu strategiya çərçivəsində mövqelənmə işi aparıldı. Sonunda “İncəbelli” brendinin bütün fəaliyyətini üzərində quracağı bir konsept təqdim olundu.

Brend “SAĞLAM GÖZƏLLİK YARADIRIQ” konsepti ilə xanımlarımızın daha gözəl və daha sağlam olmasına çalışacaq.

İncəbelli 2017, Branding