İÇƏK! BÖYÜYƏK! KƏŞF EDƏK!

Dünyaca məşhur Danone şirkətinin ölkəmizdə ən tanınan brendlərindən biri, bəlkə də, birincisi olan Rastişka 2016-cı ildən etibarən Azərbaycan bazarında 210 qramlıq UHT (ultra yüksək temperaturda pasterizə olunmuş) südlərin satışına başladı.

Danone şirkəti bu südləri ən yaxşı şəkildə sərgiləmək üçün güclü POSM aləti olan satış stendinin yaradılması istəyilə bizə müraciət etdi.

Nəticədə, həm dizaynı, həm də material xarakteristikası ilə müştərini məmnun edən bu stend ərsəyə gətirildi.
Dizayn ilə yanaşı isethsalı da Yello tərəfindən həyata keçirilmiş bu stend şirkətin həm Bakı, həm də regional ofisi tərəfindən təqdir olunub.
Bütün bunlardan savayı iş müştəriyə real satış nəticələri də verməkdədir…
2016, P.O.S