MEDİA

əlimiz hər yerə çatır...

MEDİA ARAŞDIRMASI

yaradılmış marketinq kommunikasiyasını hədəf kütləyə ən effektiv şəkildə çatdıra biləcək media vasitələrinin və media imkanlarının öyrənilməsidir.

Media araşdırması bu kriteriyaları nəzərə almaqla aparılır:

  • Media vasitəsinin aktuallığı;
  • Hədəf kütləyə çatma imkanları;
  • Yeni texnologiyalardan istifadə imkanları;
  • Qiymət və ROI;
  • Məhsulun xarakterinə uyğunluq imkanları.

Bu xidməti göstərərkən müştərilərimizin istəklərinin və imkanlarının ən doğru sintezini yaratmağı yaxşı bacarırıq.

MEDİA PLANLAŞDIRMA

bizə imkan verir ki, hədəf auditoriyaya müraciətimizi doğru vaxtda, doğru yerdə, doğru daşıyıcı vasitəsilə və doğru formada edə bilək.

İstənilən media plan cari kommunikasiya strategiyasına uyğun hazırlanmalıdır.

Media planlar elə hazırlanmalıdır ki, hədəf kütləni mövcud büdcə daxilində maksimum və effektiv şəkildə əhatə etmək mümkün olsun. Mütəxəssislərimiz belə media planlaşdırmanın aparılmasında öz peşəkar yanaşmaları və təcrübələriylə Sizə dəstək verə bilərlər.

MEDİA SATINALMA VƏ YERLƏŞDİRMƏ

kommunikasiya müraciətinin yerləşdiriləcəyi müxtəlif media kanallarının seçimi və müraciətin həmin kanallarda yerləşdirilməsidir.

Bu, qurulmuş kommunikasiyanın effektivliyi baxımından olduqca vacib mərhələdir. Çünki doğru media yerləşdirmə uğurlu kommunikasiyanın uğurunu artıra, yanlış yerləşdirmə isə azalda və ya heç edə bilər.

Həm media vasitəsi, həm də yerləşdirmə zamanı və qrafiki baxımından doğru satınalma və yerləşdirməni etmək üçün yüksək peşəkarlıq lazımdır. Peşəkarlıq isə bizim əsas fəaliyyət prinsipimizdir…

MEDİA MONİTORİNQ VƏ TƏHLİL

zamanı etibar qazanmağın ilk yolu, görülən işləri daim nəzarətdə saxlamaqdır. Analiz etmədiyiniz bir işi idarə edə bilməzsiniz.

Analiz edilməyən hər bir iş vaxt, pul, əmək və reputasiya itkisidir. Bundan sığortalanmaq üçün kommunikasiyanın qurulduğu bütün media vasitələrini davamlı nəzarətdə saxlamaq, yayımın plan üzrə getdiyinə əmin olmaq lazımdır.

Bu, kifayət qədər diqqət və məsuliyyət tələb edən bir işdir. Biz Sizin üçün bu məsuliyyəti daşımağa hazırıq.