SMS-lə gələn xoş xəbər...

Kapital Bankın bu xidməti sayəsində insanlar maaşlarının və pensiyalarının hesablarına oturub oturmadığını bilmək üçün bankomatların qarşısında növbədə qalmayacaqlar. Bunun üçün artıq SMS INFO xidməti var. 

Bank bu xidməti insanlara tanıtmaq üçün fərqli və yaddaqalan bir kommunikasiyaya ehtiyac duyulduğunu bildirdi. Agentliyimiz insanların dilinə düşəcək və onlara doğma olacaq bir tərzi seçdi.

“Maaşınızdan xəbər var!” mesajı isə bu kommunikasiyanın əsas mesajı oldu.