KREATİV

hər nəfəsdə dəlisiyəm işimin...

KONSEPTUAL YARADICILIQ

təməlində müştəri ilə empati qurmaq, onu anlamaq və onun üçün satabiləcək ideyalar ərsəyə gətirmək dayanan bir kommunikasiya formasıdır.

Fərqli və müştərini ifadə edə biləcək konsept sayəsində müştəri öz hədəf kütləsinə demək istədiyini daha yaradıcı və cəlbedici formada çatdıra bilir. Bu da onun təklifinin yadda qalmasına və alıcılar tərəfindən qəbul olunmasına gətirib çıxarır.

Konseptual yaradıcılıq zamanı biz məhz bunun üçün çalışırıq…

KOMMUNİKASİYA PLANININ HAZIRLANMASI

kommunikasiya konseptinin yaradılmasından əvvəl, bu konseptin yaradılmasını əsaslandıran formada həyata keçirilir.

Çünki istənilən kommunikasiyanın uğuru onun həm də necə və hansı formada çatdırılmasından asılıdır. Bunu isə öncədən planlaşdırmaqla daha səliqəli və daha düzgün formada edə bilirik.

Kommunikasiya planının hazırlanması üçün ilk növbədə mövcud vəziyyət analiz edilir. Hədəf kütləyə veriləcək mesajın vaxtı planlanır. Daha sonra mesajın veriləcəyi vasitələr və mesajın tonu müəyyən edilir.

Kommunikasiya konsepti hazır olduqdan sonra plana yenidən baxaraq onu yeniləyirik. Bununla da planımızı hər zaman çağdaş saxlamağı bacarırıq…