Hər kartda qazanc şansı...

Neçə ildir ki, AtaBank nağdsız ödənişlərin stimullaşdırılması üçün kampaniyalar keçirir. Demək olar ki, hər dəfəsində də bu işi YelloAd komandasına həvalə edir.

Bu dəfə də eyni kampaniya barədə brifi alanda məsələyə tamamilə fərqli yöndən yanaşmağa çalışdıq. Brain-stormlarımız toplantı otağında, mətbəxdə, hətta balkonda belə davam etdi.

Nəhayət, KARTOMANİYA konsepti yarandı. Və bu konspetlə nağdsız alış-verişlərin insanlara necə rahatlıq verdiyini göstərdik. İş çox bəyənildi və təqdir olundu. Nəticələri də uğurlu oldu.