Baku2015 və AtaBank

2015-ci ilin ən yaddaqalan hadisəsi şübhəsiz ki, Baku2015 İlk Avropa Oyunları olacaq.

İlk Avropa Oyunları ölkəmizin idman tarixində də önəmli yerə sahib bir hadisə odluğundan ölkəmizin bir çox şirkətləri bu layihəyə verdiyi dəstəklə tarixə düşmək istədi.

AtaBank da bu istəyini öz çoxillik tərəfdaşı kimi bizə bildirdi və yolda görüləcək işləri bizə həvalə etdi. Bu tarixi hadisəni yaddaqalan edəcək kreativ kommunikasiya qurmaq o qədər də asan iş deyildi. Çünki həmin ərəfədə hər kəs bu işi edirdi. Digərlərindən seçilən, fərqli və yaddaqalan bir iş ortaya çıxarmaq Yello Advertising üçün bu hər zamankı iş prinsipi olduğundan şirkətimizin yaradıcı komandası qollarını çirmələdi və işə başladı…

Sadə, lakonik və dəstəyi ən yaxşı şəkildə anlada biləcək ideyalar üzərində qızğın iş getdi. Ortaya çoxsaylı ideyalar çıxdı. Bu ideyalar içərisindən ən sadə olanı demək olar ki, hər bir komanda üzvü tərəfindən bəyənildi. Seçilmiş bir neçə ideya AtaBank üçün təqdim olundu.

Müştəridən gələn cavab əslində eşitmək istədiyimiz cavab idi. Ən bəyəndiyimiz variant qəbul olunmuşdu.

Qalırdı işi tez bir zamanda yerinə yetirmək. Çünki çox vaxtımız yox idi.

Dərhal işin qrafik icrasına başlanıldı. Digər tərəfdən isə filmin səsləndirilməsi və musiqi seçimi üzərində iş gedirdi. Nəhayət ki, film hazır oldu. Çox qısa zamanda ortaya çıxmasına baxmayaraq müştəri işin keyfiyyətindən olduqca razı qalmışdı. Operativ şəkildə filmin mediada yerləşdirilməsi təmin olundu və film artıq efirdə idi.

Bəli, alınmışdı! Baku2015 mövzusu ilə bağlı bütün reklamlardan ciddi ölçüdə fərqlənən, yaddaqalan və olduqca lakonik bir məzmuna malik film ərsəyə gətirmişdik. Film 2 cür səsləndirmə ilə efirə verilmişdi.

Belə ki, Avropa Oyunlarının ilk günlərində film Azərbaycan idmançılarına uğur arzulanmasını ifadə edən “ZƏFƏR YOLUN AÇIQ OLSUN, AZƏRBAYCAN!” sloqanı ilə efirə getdi.

Oyunların gedişatında idmançılarımızın uğur qazanmağa başlaması ilə filmin öncədən hazırlanmış ikinci versiyasını efirə verdik. Burda isə sloqan idmançılarımızın uğurlarının verdiyi qüruru ifadə edirdi: BAYRAĞIMIZI UCALDANLAR, AZƏRBAYCAN SİZİNLƏ QÜRÜR DUYUR!

Zamanın çox dar olmasına, mövzu üzrə ciddi rəqabət səviyyəsinə və kiçik büdcəyə baxmayaraq möhtəşəm bir iş alınmışdı. İşdə Azərbaycan ruhu, zəfər ruhu, dəstək ruhu duyulurdu. Qurulmuş kreativ kommunikasiya öz hədəfinə çatmışdı.

Əlbəttə ki, filmlə iş bitmirdi və filmlə ahəng təşkil edən küçə reklamı dizaynları da hazırlandı və yerləşdirildi.

Film yayımlandıqdan, küçə reklamı daşıyıcıları yerləşdirildikdən sonra AtaBank tərəfdən reklamı insanların xatırladığına və bəyəndiyinə dair fikirlər gəlirdi. Və bu fikirlərin çoxu bankla heç bir bağlılığı olmayan insanların fikirləri idi.