Keramikaların məhəbbəti...

Hər şey bir bahar səhəri başladı…

Çoxdandı bizimlə əməkdaşlıqm imkanlarını müzakirə edən Azbentonitdən bizə zəng gəldi. Sonra görüş oldu və bazara yeni çıxacaq bir məhsulun – Fiber keramika yapışdırıcısının yaddaqalan şəkildə bazar çıxışını məhz YelloAd-ın təmin etməsini istədilər.

Biz də dərhal işə girişdik. 10 gün sonra bir-birindən yaradıcı ssenarilərlə təqdimata getdik. Və təəccüblə geri döndük. Ssenarilərin içərisindən ən cəsur olanını seçmişdilər. Verdiyimiz mövqelənmə ideyası və onun əsasında duran sloqan da eynilə qəbul olunmuşdu: KERAMİKANI CƏZB EDİR!

Ancaq vaxtımız çox az idi. Ssenarinin icrası çətin idi. Üstəlik, cəmi 6 həftə vaxtımız var idi.

Lakin biz 5 həftə içərisində Azərbaycan reklamının tarixində bir ilk sayılacaq animasiya filmi ortaya çıxardıq. Bazara çıxış isə nəinki Azərbaycanda, hətta ondan kənarda da yaddaqalan oldu. Məhsul qısa zamanda bazarda tanınmağa, biz isə Azbentonitlə əməkdaşlığı genişləndirməyə başladıq. Biz isə bu işə görə Red Jolbors festivalında bürünc mükafat aldıq. İşimiz dünyanın ən böyük reklam kataloqu olan www.adsoftheworld.com-a Azərbaycandan düşən ilk (və hələlik yeganə) iş oldu. Bu reklam filmini Orta Asiyadan Hindistana, Rusiyadan Ərəbistana qədər ən müxtəlif saytlar paylaşdılar.

Və bir neçə ay sonra bu məhsul bazarsında ölkəmizin inşaat sektorunda nadir keyslərdən biri olan 360 dərəcəlik bir kampaniya həyata keçirdik…

Hər şey vitindən başladı…

Bir bahar səhəri idi. Keramikalar dərdləşirdi. Elə bu vaxt (ardını burdan izləyin)…

Səsi Azərbaycandan da kənara çıxmış belə bir işin necə hazırlanması hər kəsə maraqlı ola bilər. Biz mümkün olan qədərini göstərməyə çalışdıq…