Plastik Kartda
Yığım Əmanəti

Kartda artan əmanət...

İnsanlar pullarını kiməsə, hətta banka belə əmanət etməyi sevmirlər. Etsələr belə, bunu çarəsizlikdən edirlər. Hər kəs pulunun əlinin altında olmasını istəyir. Amma eyni zamanda bunun təhlükəli olduğunu da bilir.

Çıxış yolu kimi Dəmirbank öz müştəriləri üçün Plastik Kartda Yığım Əmanəti məhsulunu təqdim etdi. Olduqca elastik şərtlərə malik bu məhsul üçün kommunikasiyanın qurulmasını YelloAD komandasına həvalə etdi.

Komandamız da bu məhsulun əsas üstünlüklərindən çıxış edərək yaradıcı və rahat anlaşılan bir kommunikasiya qurdu:

Əmanətin kartında,
Dayanmadan artımda!

Bu kommunikasiyanı insanlara çatdırmaq üçün sadə və minimalistik tərzdə bir film və radiospot hazırladıq. Çox da bəyənildi…