Dad deyirəm eee, sənə, dad!

Bir müddətdir ki, Gədəbəydə modern limonad zavodu qurmuş “Gədəbəy Mineral Suları” şirkəti öz limonad məhsullarının tanıtımını edəcək kreativ agentlik kimi Yello Advertising-i seçdi.

Şirkətimizin yaradıcı komandası məhsulu onun istehsal olunduğu Gədəbəy rayonu ilə, eləcə də, oranın simvollarından sayılan aşıq sənəti ilə assosiasiya edən bir kreativ kommunikasiya qurdu.

Həm də, bu kreativ kommunikasiya öz kreativ və düzlu-məzəli “Aşıq Yediyar” personajı ilə tanınan aktyor Yadigar Muradovun dili iə quruldu. “Dad deyirəm eee, sənə, dad!” ifadəsi isə bu kommunikasiyanın əsas mesajı oldu.

Qurulmuş kommunikasiya inteqrasiyalı kommunikasiya olmaqla TV, radio, internet və küçə reklamı vasitəsilə aparılmaqdadır.