KOPİRAYTİNQ

mən danışım hamınızın yerinə...

KOPİRAYTİNQ – YƏNİ, MƏTN YARADICILIĞI

marketinqin ən sazlı-sözlü hissəsidir. Ən gözəl adlar, ən gözəl sloqanlar, ən gözəl ssenarilər və ən gözəl mətnlər kopiraytinq sayəsində ərsəyə gəlir.

Onun sayəsində markalar özlərini səsli şəkildə ifadə edə bilirlər. Və bu ifadə həm formaca, həm də, məzmunca doğru olarsa, brend öz potensial müştərilərini daha az pul xərcləməklə cəlb edə bilər.

Doğru kontent markaya aid məlumatların axtarış sistemlərində çıxmaq imkanlarını da yüksəldir və ona davamlı müştəri gətirir.

Əlbəttə, əgər bu kontent peşəkarlar tərəfindən hazırlanıbsa…