KONSALTİNQ

məsləhətli don gen olar!

BAZAR ARAŞDIRMASI

mövcud bazarın, bazar iştirakçılarının, bazardakı oyun qaydalarının və müştəri istəklərinin öyrənilməsidir.
Bunu etməklə bazardakı cari vəziyyəti doğru qiymətləndirmək və uğurlu taktikalar qurmaq olar.

Biz müştərilərimizə uğur qazandıracaq araşdırma istiqamətlərini müəyyən edir, onlar üçün bu araşdırmaları aparır və bu araşdırmaların nəticələrinə görə taktiki məsləhətlər veririk!

TREND ANALİZİ

bazarda gedən proseslərin, istehlakçı davranışlarının və müştəri “insight”-larının öyrənilməsidir.

Bunu etməklə bazardakı prosesləri müştərilərimizin məhsullarına uğurla inteqrasiya etmək imkanı qazanırıq.

Nəticədə həm müştərilərimiz gündəmdən öz imicini gücləndirmək və satışlarını artırmaq üçün istifadə edir, həm də yaradıcı kommunikasiya qurmaq imkanı yaranır.

Bu cür kommunikasiyalar isə, viral olmaq potensialına malikdir.

BİZNES TƏKLİFLƏRİNİN HAZIRLANMASI

göstərdiyimiz konsaltinq xidmətləri içərisində xüsusi çəkiyə malikdir.

Çünki biz müştərilərimizin biznesini, onun məhsullarını analiz edir, təkmilləşdirilməsi üçün sanballı təkliflər veririk. Bu təkliflər bəzən kommunikasiya ideyası (Advertising Pitch), bəzən də məhsul təkmilləşdirilməsi və ya yeni məhsul yaradılması formasında ola bilər.

Bu işin əsas məqsədi müştərimiz üçün uğur formulunu tapmaqdır.