fbpx

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi

Vətəndaşın yanında!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi üçün film hazırlamaq barədə tapşırıq almışdıq. Tapşırıq belə idi: ümumvətəndaş pasportlarının verilməsi prosedurlarını insanları yormadan sadə, aydın və doğru şəkildə izah etmək. Burada prosedurların ən müasir tələblərə cavab verən şəkildə və sürətlə keçilməsini insanlara çatdırmaq tələb olunurdu.

Əsas mesaj

Qarşımıza kreativliklə bağlı bir tələb qoyulmasa da, YelloAd komandası olaraq işə töhfə verməyə çalışdıq. Müəyyən kreativ çalarlar qatmaqla və yüksək səviyyəli çəkilişlə onu daha da maraqlı etməyə çalışdıq.

Əsas mesajımız isə ümumvətəndaş pasportu almaq üçün ən doğru yolun onun mənbəyinə, yəni, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmək olduğunu insanların nəzərinə çatdırmaq idi.

Düşünürük ki, ortaya çıxardığımız bu filmlə bütün bu tapşırıqların öhdəsindən layiqincə gələ bilmişik.