Villanın
açarı

Baku City Villas üçün açarlıq

Bakı Şəhər Villaları (Baku City Villas) paytaxtımızın ən premium villa kompleksi hesab olunur.

Bu kompleks üçün premium açarlıqlar düzəltmək lazım idi. Brif çox aydın və dəqiq şəkildə verilmişdi: kompleksin VIP müştərilərinə villaların açarlarını elə vasitə ilə təqdim etmək lazım idi ki, həm yaddaqalan olsun, həm də effektiv bir reklam vasitəsi funksionallığına malik olsun. Burda ən incə məqam məkanın adına və müştəri kateqoriyasına uyğun dizayn həlli tapmaq idi.

“Gözəllik sadəlikdən doğar” deyiblər. Burda çox sadə elementdən, kompleksin loqosundan uğurla istifadə olundu və müştərini elə ilk təqdimatdanca razı salan bir iş ortaya çıxarıldı.