Yubileyə yaraşan loqo

Bu günlərdə Bakı Fond Birjası özünün 15 illik yubileyini qeyd etdi. Ölkənin önəmli maliyyə qurumlarından biri kimi birja yarandığı 2000-ci ildən bəri iqtisadiyyatımızda önəmli rola malik olmuşdur.
Dünya maliyyə bazarlarına inteqrasiyamızın ildən ilə dərinləşməsi ilə birjanın təsir gücü də artmaqdadır. Bunları nəzərə alaraq birjanın 15 illiyi münasibətilə özünəməxsus loqotip ərsəyə gətirdik.
Yubileyə dair digər daşıyıcıları da eyni konseptin bazasında hazırladıq. İşlər yekunlaşdı, tədbir uğurla keçdi, müştəri və tədbir iştirakçıları nəticədən razı qaldı…