Adəmin alması...
Nyutonun başı...
Stiv Jobsun dişi...

Hər addımda yenilik...

AtaBank-ın 2015-ci il üçün hazırlanmış təqvimi öz təkrarsızlığı ilə bankın tarixi boyu hazırlanmış ən unikal təqvimdir desək, səhv etmərik.

Bank üçün ən çox təqvim hazırlayan şirkətin də elə YelloAd olmasına baxmayaraq biz bu təqvimi daha çox bəyənir və ən yaxşı işlərimizdən biri hesab edirik.

Təqvim önəmli kəşflərin xronikasıdır. Lakin bu xronika sıradan xronika deyil. Orda göstərilən kəşflərin səbəb olduğu inkişafı da xatırladan bir xronikadır. Və tamamilə realistik illüstrasiyalar əsasında hazırlanmış təkrarsız əl işidir.

Eyni konseptin yığcam formada ifadəsi olan yeni il açıqcası bu xronikanı çox yaxşı tamamlayır.

İlham mənbəyi isə, 2015-ci il üçün bankın fəaliyyət konsepti olan HƏR ADDIMDA YENİLİK konseptidir…