POST-PRODAKŞN

gözəllik ondur, doqquzu dondur!

AUDİO-VİDEO POST-PRODAKŞN

özü arxa planda olsa da, nəticəsi ön planda olan bir xidmətdir.

Çünki reklam filminin çəkilişi və ya radiospotun səsləndirilməsi hələ işin hazır olması demək deyil. İşin tam ərsəyə gəlməsi üçün audio-video post-production işləri görülməlidir.

Bu mərhələdə filmin montajı, rəng korreksiyası, müxtəlif vizual effektlərin hazırlanması, səsin emalı və s. kimi çox vacib işlər görülür.

Post-prodakşn bizim çox ciddi əhəmiyyət verdiyimiz və yüksək səviyyədə həyata keçirə bildiyimiz bir xidmətdir.