Digital
Marketing
Conference 2016

Bizi gələcəyə aparan konfrans

“Digital Marketing Conference 2016”-ın böyük maraqla qarşılanacağı gözlənilirdi. Çünki bu tədbir istər təşkilatçılıq, istərsə də kreativ konsept baxımından daha sistemli təşkil olunmuşdu. Daimi uğurlu əməkdaşlığı nəzərə alan Facemark, bu dəfə də kreativ konseptin yaradılması üçün Yello Advertising-ə müraciət etdi.

Həmişə bu tip tədbirlərdən öz dəstəyini əsirgəməyən agentlik kimi, “DMC 2016”-ya da maksimum dəstək verməyə çalışdıq. Tədbirin kreativ konseptini ortaya çıxarmaq üçün həftəsonu toplanaraq, uzun-uzun müzakirələr apardıq. Bir saat ərzində lövhəmiz ideyalarla doldu. Daha sonra həmin ideyaları süzgəcdən keçirməyə başladıq. Nəhayət ortaya olduqca futuristik kreativ konsept çıxdı: “Gələcəyə gəl!”

Gündən-günə rəqəmsallaşan dünyamızda bundan daha aydın və ümidverici mesaj ola bilməzdi. Çünki bu mesaj gələcəyə, inkişafa səsləyir. Beləliklə, “DMC 2016”-ın da bizi həmin gələcəyə aparan bələdçi olduğunu vurğulamış olduq.

Konseptin vizual baxımdan tamamlanması da bir o qədər vacib idi. Bunun üçün ayrıca müzakirələr apardıqdan sonra, insanları piksellə göstərərək, dijital gələcəyi təsvir etmək qərarına gəldik. Bu bizim mesajımızı daha da konkretləşdirdi.

Tədbirin loqotipində isə hərf və həndəsi fiqurlardan ibarət DMC sözünü görürük. Loqotipdə həmçinin bayrağımızın rəngləri öz əksinin tapıb.

 

Ümid edirik ki, ölkəmizdə bu kimi tədbirlər davamlı olacaq, biz də daha neçə-neçə bu kimi tədbirlərin kreativ konseptini yaratmağın öhdəsindən məharətlə gələcəyik.